Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.06.2022  10:52 

Sumqayıt-Bakı qatarında kitab fləş-mobu keçirilib





A+  A-

Sumqayıt-Bakı qatarında kitab fləş-mobu keçirilib.

XəzərNews.az xəbər verir ki,özünün sosial maarifləndirmə layihəsini daim prioritet hesab edən “LIBRAFF” kitab mağazaları şəbəkəsi əhalinin, xüsusən gənclərin kitaba və mütaliəyə təşviq edilməsi üçün mümkün olan hər bir qabaqcıl vasitəni və imkanı dəyərləndirməyə çalışır, bu missiyanı ən maraqlı və cəlbedici üsullarla reallaşdırmaq üçün yeni uğurlu addımlar atır. Bu yeniliklərdən biri də sərnişin qatarlarında kitab fləş-moblarının təşkilidir. İyun ayının 30-da Sumqayıt-Bakı qatarının səhər reysinin sərnişinləri vaqona daxil olduqda oturacaqlarda “LIBRAFF”ın onlar üçün hazırladığı kitab hədiyyələrini görüblər. “TEASS Press” nəşriyyatının seçmə kitablarından ibarət bu sürprizlər sərnişinlərin böyük marağına və sevincinə səbəb olub.
Bu layihənin həyata keçirilməsi üçün “LIBRAFF” MMC-yə şərait yaradan ˝Azərbaycan Dəmir Yolları˝ QSC-yə dərin minnətdarlığımızı bildiririk.
Məlumat üçün bildirək ki, 2 iyuldan etibarən ˝LIBRAFF˝ın Sumqayıt şəhərində ilk filialı fəaliyyətə başlayacaq.

Xəbər 1284 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +