İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


29.02.2024  20:09 

Mikayıl Cabbarov “ACWA Power” şirkətinin sədri ilə görüşüb





A+  A-

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyanla görüşüb.

Nazirlikdən Xəzərnews.az-a bildirilib ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu olduğu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Tərəflər bərpa olunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Xəbər 871 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +