Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


28.06.2022  15:52 

“Azərsu“ ABŞ laboratoriyası ilə su problemlərini müzakirə edib





A+  A-

“Azərsu” ASC və ABŞ-ın Nebraska Universitetinin nəzdində fəaliyyət göstərən Su Elmi Laboratoriyası (Water Sciences Laboratory) arasında su sektorunun müasir problemləri mövzusunda onlayn görüş keçirilib.

XəzərNews.az səhmdar cəmiyyətinə istinadən verdiyi məlumata görə, görüşdə “Azərsu”yun, Mərkəzi Laboratoriyanın və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisləri iştirak ediblər.

Görüş zamanı iqlim dəyişiklikləri nəticəsində su sektorunda yaranan problemlər müzakirə edilib. Bildirilib ki, dünyanın bir çox ölkələrində əhali quraqlıq və su çatışmazlığından əziyyət çəkir. Buna görə də su mənbələrinin istismarı ilə məşğul olan dövlət qurumları, milli və beynəlxalq təşkilatlar və şirkətlər dünyada artan su tələbatını ödəmək üçün həll yolları axtarmalıdır.

Azərbaycanda dayanıqlı içməli su sistemlərini yaradılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi əsas aktual məsələlərdən olduğu nəzərə alınaraq növbəti görüşdə ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi planlaşdırılıb.

Nebraska Universitetinin əsas fəaliyyətlərindən biri təhsil proqramları, peşəkar inkişaf, təcrübə və təqaüdlər vasitəsilə yeni su tədqiqatçılarının inkişafına kömək etmək, su tədqiqatçıları və mühəndislər yetişdirməkdən ibarətdir. Bütün bunları nəzərə alaraq digər elmi müəssisələr, o cümlədən universitetləri bu layihəyə cəlb etmək məqsədəuyğun hesab edilir və bu məqsədlə Bakı Dövlət Universiteti ilə də danışıqlar aparılıb.

Xəbər 1341 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +