Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


19.03.2022  20:08 

Diasporumuzdan Ukrayna ordusuna növbəti dəstək - FOTO





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nümayəndələri Ukrayna ordusuna 1000 qutu dərman ləvazimatları dəsti yardım edib.

XəzərNews.az xəbər verir ki, UABD sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov Qaynarinfo-ya açıqlamasında bildirib ki, xüsusi sifarişlə hazırlanmış bu dəstlər Ukraynanın Azərbaycandakı səfirliyinə təqdim olunub:

"Ukrayna səfiri Vladimir Kanevski ilə görüşdə dərman ləvazimatları ilə yanaşı, 1000 ədəd konserv və ilkin zəruri tələblərin qarşılanması üçün nəzərdə tutulan bir çox yardımlar da təhvil verildi. Biz öz Ukraynamızı, öz evimizi və öz doğma divarlarımızı qoruyuruq! Kimsə bunu silahla, kimsə bunu sözlə, kimsə də bir iş görərək edir. Bizim yardımlar bununla yekunlaşmır. Biz təcavüzkar üzərində qələbəni birlikdə əldə edəcəyik. Yaşasın Ukrayna!"



Qeyd edək ki, UABD rəhbərliyi öz təşəbbüsü ilə Bakıda keçirilən Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün Ukraynanın improvizə teatr qrupu olan "Qara kvadrat" ilə 23 fevralda Bakıya gəlib. Amma 24 fevralda Rsuyanın Ukraynaya təcavüzü başlayıb. Bu səbəbdən hava məkanı da bağlandığından onlar Bakıda qalmaq məcburiyyəti ilə üzləşiblər.



Buna baxmayaraq, UABD üzvləri Ukraynaya humanitar yardımlarını və informasiya dəstəyini davam etdirirlər. 26 fevral tarixində onlar Bakıdakı Ukrayna səfirliyinin qarşısında Rusiya təcavüzünün əleyhinə aksiya təşkil ediblər. UABD fəalları Ukrayna ordusuna maddi yardımlar da edir. Son olaraq UABD-nin fəxri sədri Oqtay Əfəndiyev Ukrayna ordusunun hesabına bu günlərdə 3 milyon qrivin maddi yardım edib.








Xəbər 1938 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +