Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


16.09.2021  12:24 

Əlilliyi yoxlayan müəssisələrin sayı azaldılacaq





A+  A-

“Biz hər birimiz çalışmalıyıq ki, vətəndaşlara əlillik təyinatı rahat şəkildə aparılsın. Ancaq təəsüflər olsun ki, saxta əlilliyin çox olması bu məsələyə yenidən baxmağa vadar edir. Göndərişlərin hamısı əsaslı olsa, dolğun, düzgün doldurulsa, əlillik təyinatındakı problemlər aradan qalxmış olacaq”.
XəzərNews.az bildirir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov tibbi qurumlarla agentlik arasında koordinasiyasının necə qurulmalı olması barədə “Qafqazinfo”nun sualını cavablandırarkən deyib.

O qeyd edib ki, agentlik İcbari Tibbi Sığorta Agentliyi ilə sıx əməkdaşlıq edir: “Biz səhiyyə müəssisələrində yoxlamaları mütəmadi olaraq işıqlandırırıq ki, digər həkim komissiyaları da bu məsələdə məsuliyyətli olsunlar. Digər məsələ odur ki, İcbari Tibbi Sığorta ilə birlikdə əlilliyin yoxlanılması ilə bağlı müəssisələrin sayının azalmasına çalışırıq. Bu sayın azalması keyfiyyətin artırılmasına gətirib çıxaracaq.

Bilirsiniz ki, İcbari Tibbi Sığorta Azərbaycanın bütün ərazilərini əhatə edib. Vətəndaşların xəstəliyi ilə bağlı məlumatlar elektron sistemə işləyəcək. Bu sistemlər yüz faiz işə düşdükdə biz düzgün məlumatları səhiyyə müəssisələrinin bazalarından əldə edə biləcəyik. Bunlar hamısı avtomatik sistemə daxil olduğundan əsassız göndərişlərin sistemə daxil olmasına mane olacaq”.

Xəbər 2207 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +