Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


07.05.2021  13:37 

Nazirlik “Azərsu”yu məhkəməyə verdi





A+  A-

Səbail rayonu Bibiheybət ərazisindən boru kəməri vasitəsilə çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma başa çatıb.
Xidmətin rəisi Hikmət Əlizadə XəzərNews.az-a bildirib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 30.4, asılı bərk hissəciklərin 13.4, sintetik səthi aktiv maddələrin isə 5.8 dəfə normadan artıq olduğu müəyyən olunub.

"Qeyd edək ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların "Azərsu" ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib".

H.Əlizadənin sözlərinə görə faktla bağlı akt, protokol tərtib edilib və "Azərsu” ASC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Tullantı sularının mərkəzləşmiş kanalizasiya şəbəkəsinə yönəldilməsi məqsədilə tərəfimizdən “Azərsu” ASC-yə məktub ünvanlanıb.

Xəbər 2860 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +