Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


18.05.2017  12:38 

Sabahın hava PROQNOZU - 30° isti





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 12-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Xəbər 1356 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +