FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


05.02.2018  13:43 

Deputatlardan növbədənkənar seçkiyə - İlk reaksiya





A+  A-

“Bu il seçki ilidir. Onun apreldə, yaxud oktyabr ayında keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Əksinə, seçkini vaxtından əvvəl keçirməklə Azərbaycanda seçkidə iştirak etmək istəyən bütün qüvvələrə seçkiyə hazırlıq platformasını tətbiq etmək üçün şərait yaradılır”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsindən danışarkən deyib. O qeyd edib ki, 2018- ci il Azərbaycanda şanlı bir yubileydir:

“Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. İl ərzində bununla bağlı çoxsaylı yüksək səviyyədə dövlət tədbirləri keçiriləcək. Prezident seçkilərinin yubileyə qədər keçirilməsi yeni prezidentin səlahiyyəti müddətində baş tutacaq. Bu yeni yüzilliyə yeni proqramla, baxışlarla Azərbaycanın güclənməsi üçün böyük planlarla qədəm qoymasına şərait yaradacaq”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, prezidentin son referendumda edilən dəyişikliyə görə növbədənkənar seçki təyin etmək səlahiyyəti var: “Yəqin ki, seçkinin növbədənkənar təyin edilməsinin izahı olacaq. Bildiyiniz kimi, artıq prezidentlik müddəti 7 ildir.

Bundan öncə də belə təkliflər var idi ki, 2025- ci ildə keçiriləcək parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşməsin deyə vaxtının dəyişilməsi nəzərdə tutulurdu. Ola bilsin ki, gələcəkdə bu məqsədə görə belə bir vaxt təyin olunub”.

Xəbər 2134 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +