İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


23.01.2024  04:41 

NATO-nun “Steadfast Defender 2024” hərbi təlimləri rəsmi olaraq başlayıb





A+  A-

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin (SACEUR) Ali Baş Komandanının qərargahının açıqladığı plandan da göründüyü kimi, “Steadfast Defender 2024” hərbi təlimləri rəsmi olaraq başlayıb.

Xəzərnews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Eyni zamanda, Avropa mətbuatının yazdığına görə, təlimlərin aktiv fazasından əvvəl hazırlıq mərhələsi gəlir, bu kimi hərbi əməliyyatlar yanvarın 31-də başlayıb mayın 31-dək davam etməlidir. NATO-nun məlumatına görə, bu, Şimali Atlantika Alyansının 1988-ci ildən bəri ən böyük hərbi təlimidir.

Yanvar ayının əvvəlində NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı (SACEUR), Amerika generalı Kristofer Kavoli Alyansın Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində iclasından sonra "diqqətli təlim və təlimlər vasitəsilə planların işlənib hazırlanmasına ehtiyac olduğunu" qeyd edib.

“Steadfast Defender 2024” təlimi bütün 31 müttəfiqdən və yaxşı tərəfdaşımız İsveçdən təxminən 90 000 əsgəri bir araya gətirərək onilliklər ərzində NATO-nun ən böyük təlimi olacaq”, - general deyib.

Onun sözlərinə görə, bununla, “Alyans Şimali Amerikadan olan qüvvələrin transatlantik hərəkəti vasitəsilə Avro-Atlantik regionunu gücləndirmək qabiliyyətini nümayiş etdirəcək”.

Təlimlərə 50-yə yaxın döyüş gəmisi, 80 təyyarə və 1,1 min ədəd quru hərbi texnikası, o cümlədən 133 tank cəlb ediləcəyi gözlənilir.//report


Xəbər 1044 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +