İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


01.12.2023  18:54 

Türkiyə səfirindən Azərbaycana təşəkkür





A+  A-

Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

Xəzərnews.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədər kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diaspora Dəstək Fondunun təşəbbüsü ilə “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahmaramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və komandasına təşəkkür edirik”, – o bildirib.

Səfir qeyd edib ki, biz birlikdə güclüyük: “Yaralarımızı birlikdə sarımağa davam edəcəyik”.

Xatırladaq ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

Xəbər 1170 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +