İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


21.06.2022  13:05 

DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyatın detalları - Kimlər saxlanılıb?





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyatla bağlı bəzi məqamlar aydınlaşıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat bir neçə gün əvvəl Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında aparılmış əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həyata keçirilib.

Belə ki, həmin əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı “İpək yolu” və “Abşeron” terminallarında, həmçinin Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.



Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb.

Qeyd edək ki, terminallara yeni rəhbərlik bir neçə ay əvvəl təyin edilmişdi.

Əməliyyat çərçivəsində Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəxt buraxıldığı məlum olub. Belə ki, Gömrük Komitəsinin bütün elektron sisteminə cavabdeh və məsul şəxs olan İ.Babayevin izahatı alınıb. O, elektron sistemdə məlumatların dəyişdirilməsi və ya şübhələri ilə bağlı dindirilib.

Əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1260 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +