İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


17.06.2022  10:44 

Manaf Ağayev polisi söyüb və qaçmaq istəyib...





A+  A-

Bu ilin fevralında tanınmış müğənni Manaf Ağayevin Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin 4 ay əvvəlki həbsi ilə bağlı bir sıra təfərrüatları əldə edib.

Belə ki, fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozub. Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və nalayiq söyüşlər söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Müğənni məhkəmədə isə özünü tam təqsirli bildiyini deyib: “Evimin qarşısında tanımadığım şəxslə mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb ictimai qaydaya riayət etməyimi tələb etdilər. Lakin həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlindən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm”.

Məhkəmə bu qənaətə gəlib ki, M.Ağayev İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulmuş xətaları törədib. Daha ciddi xətanın (535.1) sanskiyası əsas götürüldüyü üçün o, 15 gün müddətinə inzibati həbs edilib.

Xəbər 1516 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +