İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


07.06.2022  19:34 

Əli Əliyevin bu işi üzrə icraat dayandırılıb





A+  A-

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclasda xüsusi ittihamçı Ramiz Göyüşovun vəkili vəsatət qaldıraraq iclasın qapalı keçirilməsini istəyib. Vəkil bildirib ki, müvəkkili işdə olan bəzi görüntülərlə bağlı prosesin açıq keçirilməsini istəmir.

Məhkəmə vəsatəti təmin edərək, prosesin qapalı keçirilməsi ilə bağlı qərar verib.

Daha sonra Əli Əliyevin Ramiz Göyüşov barəsində işlətdiyi ifadələrlə bağlı məhkəmə linqvistik ekspertizasının təyin edilməsi ilə bağlı qərar qəbul olunub. Ekspertiza rəyi açıqlanana qədər iş üzrə icraat dayandırılıb.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Xəbər 1828 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +