İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


31.05.2022  10:25 

İlan sancmaları ilə bağlı - Xəbərdarlıq





A+  A-

Son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə (KTM) 20 nəfər müraciət edib, onlardan 7-nin vəziyyəti kəskin ağır olub.

XəzərNews.az Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciət edənlər arasında ölüm halı qeydə alınmasa da, hazırda ilan sancmalarının daha çox müşahidə olunduğu dövrün başlanğıcıdır. Havaların isinməsi, əhalinin istirahət üçün yaşıllıq və meşəlik ərazilərə üz tutması belə halların artmasına səbəb olur. Bu səbəbdən də belə ünvanlarda mütləq ərazini diqqətlə gözdən keçirmək məsləhət olunur.

KTM-in şöbə müdiri Azər Maqsudovun sözlərinə görə, ilan sancması zamanı insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər:

“İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələri sürtmək qətiyyən olmaz. Əlavə müdaxilələr edildikdə həmin hissə yaraya çevrilə bilər ki, onun da sağalması uzun müddət tələb edir. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalıdır və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Xəsarət almış şəxsə ilkin tibbi yardım göstərildikdən sonra yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Xəstəxanada isə həkim nəzarəti ilə müəyyən prosedurlar həyata keçirilməlidir”.

A.Maqsudov ilan sancması zamanı müşahidə olunan ilkin əlamətlər barədə də məlumat verib:

“İlan dişlədikdən sonra ilk olaraq ağrı hiss edilir, daha sonra qızartı və şiş əmələ gəlir. Vaxt keçdikcə əmələ gələn şiş yuxarı ətraflara doğru artmağa başlayır. Təcrübədə müşahidə edilir ki, ilan aşağı ətrafdan dişləyərkən şiş insanın boynuna qədər qalxır. Yaranan şiş isə bədənin bütün funksiyalarını poza və xoşagəlməz halların yaşanmasına gətirib çıxara bilər. Bu səbəbdən də ilan sancması zamanı ilkin yardımı düzgün etməli, sonra isə təcili olaraq xəstəni xəstəxanaya aparmaq lazımdır”.

Xəbər 1688 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +