İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


01.02.2022  11:39 

Milli Məclisin yaz sessiyasının ilk iclası başlayıb





A+  A-

Milli Məclisin 2022-ci il yaz sessiyasının ilk plenar iclası başlayıb.

XəzərNews.az xəbər verir ki, spiker Sahibə Qafarova toplantını açıq elan edib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib:

1. Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi.

2. Milli Məclisin İntizam Komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.

3. Milli Məclisin Hesablayıcı Komissiyasının yaradılması haqqında Milli Məclisin qərarının layihəsi.

4. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunun layihəsi.

5. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi.

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

8. “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

10. “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

11. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

12. “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Xəbər 1383 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +