İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


13.01.2022  21:48 

Uğursuz “xeyir-dua“nın “bərəkətli“ komandanları...





A+  A-

Bu general da ilk olaraq yolunu İrəvandan saldı.

Qarabağımızda müvəqqəti fəaliyyət göstərən "sülhməramlı"ların yeni komandanı Andrey Volkov əski komandan Rüstəm Muradova qoşularaq İrəvana gedib.

Bir növ "ayaqaçdı"ya gedib. Başqa sözlə buna təqdimat da demək ollar. Muradov onu təqdim etməyə aparıb.

Ermənistanda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandiri, general-mayor Andrey Volkovu və Cənub Hərbi Dairəsinin rəis müavini general-leytenant Rüstəm Muradovu düşmən ölkənin yeni müdafiə naziri Suren Papikyan qəbul edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar (?)

Gülməlidir, deyilmi?

Bölgə üçün üç ən böyük təhlükə mənbəyindən ikisinin - Rusiya və Ermənistanın hərb adamları şər yuvası olan İrəvanda yığışıb regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparırlar... Əsl məzhəkədir.

Yeri gəlmişkən, "sülhməramlı"ların yeni təyin olunan komandanları həmişə ilk olaraq Bakıya səfər etməli, ilk tanışlığa burdasn başlamalıdırlar. Çünki onların komandanllıq etdiyi "sülhməramlı"lar Ermənistanın yox, Azərbaycanın ərazisində xidmət keçirlər.

Ancaq onlar isə hər dəfə ruhən və xislət etibarilə özlərinə daha yaxın olan Ermənistandan başlayırlar. Bəduğur ermənilərdən "xeyir-dua" alan generalların axırı necə olmalıdır ki?

Necə deyərlər, hələ "qırx"ları çıxmamış bir-birilərini əvəz edirlər.

Bəybala Mirzəyev

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +