İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


10.01.2022  16:27 

Qırğız liderinin İDDİALI mövqeyi





A+  A-

Qırğızıstanın gənc və iddialı prezidenti Sadır Japarovun Qazaxıstanda baş verən dramatik hadisələrə münasibəti maraq doğurur.

Onun bu gün onlayn formatda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının Qazaxıstandakı vəziyyətə həsr olunmuş görüşdə iştirak etməkdən qısamüddətli məzuniyyətə çıxmaq adı ilə imtina etməsi də bunun təsdiqidir.

Sadır Japarovun KTMT-nin sammitində iştirak etməkdən imtina etməsi gözlənilməz addım hesab olunur. Onu sözügedən onlayn görüşdə Qırğızıstanın baş naziri Akılbek Japarov əvəz edib.

Qırğız prezidentinin bu addımı yəqin ki, nə Putinin, nədəki Tokayevin xoşuna gəlməyəcək. Deyilənlərə görə Sadır Japarov Kreml rəhbəri ilə Tokayevin "KTMT çətiri" altında təşkil etdiklərə son oyunların iştirakçısı olmaq istəmir.

Bundan əvvəl S.Japarov qırğız hərbçilərinin "KTMT-nın sülhməramlıları"nın tərkibində Qırğızıstana göndərilməsini də istəmirdi. O, buna əvvəlcə etirazını bildirmişdi, lakin sonradan Putinin israrlı təkidi ilə qırğız hərbçilərinin Qazaxıstana göndərilməsinə razılıq verdi.

S.Japarov Putinin keçmiş SSRİ-nin bu və ya digər formada bərpa etmək niyyətlərindən xəbərdardır və Qazaxıstanda baş verən son olayların da məhz Moskvanın "ssenari"si olmasından şübhələnir. Onun bugünkü toplantıda iştirakdan imtina etməsi də böyük ehtimalla bununla bağlıdır.

Bəybala Mirzəyev

Xəbər 1683 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +