İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


13.12.2021  18:56 

Ölkə üzrə internet problemi nə zaman həll olunacaq: 2, yoxsa 4 ilə?





A+  A-

“Bu gün bir TV -yə müsahibə verərkən, problemlər və çıxış yollarından danışarkən, RİNN -nin internetə əlçatanlıq və keyfiyyət problemini həll etmək üçün 2 il vaxt istədiyini də bildirdim. Məlum olduğu kimi nazir Rəşad Nəbiyev bu haqda bir neçə dəfə açıqlama verib. Biz də məhz bu tip uzun illər davam edən problemi çox da qabartmadan dəstək verməyə çalışırıq. Amma müsahibə götürən jurnalist bir neçə dəfə məndən bunun 3-4 il olması haqqında soruşanda duruxdum və maraqlı gəldi”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, nazir müavini Rövşən Rüstəmov ötən həftə Bankçılıq Forumunda çıxış edərkən 2025-ci ilədək hər istifadəçi üçün 25Mbit/san internetin əlçatan olacağını bildirib:

“Hansı ki, bunadək bütün nazirlik rəsmiləri bunun 2023-ün sonunadək reallaşacağını elan ediblər. Nazirin dediyi ilə müavinin dediyi arasında kəskin fərq var. Düşünürəm ki, bu, yolverilməzdir. Bildiyim qədər hazırda Bakı ətrafında, regionlarda da bu istiqamətdə ciddi işlər aparılır. Təkcə Balakəndə müşahidə etdim ki, Bakıdan 2 briqada gəlib GPON üçün ən ucqar dağ kəndinə də dirəklər basdırırdılar. Bəs nə üçün 2025? Ola bilər ki, Nazirlik resursları bir daha analiz edərkən ölkə boyu infrastrukturun qurulması üçün vaxtın və resursların yenidən qiymətləndirilməsini aparıb. Problemlər olacağını müəyyən edib”.



O.Gündüzün fikrincə, indiki halda biz internet infrastrukturunu tez bitirməliyik ki, onun üzərində rəqəmsal transformasiyanı gerçəkləşdirə bilək:

“Odur ki, indiki halda daha doğru və məntiqli olardı ki, Nazirlik hökumətdən əlavə resurslar istəsin, özəl provayderlərin resurslarından daha effektiv istifadə etsin, onları cəlb etsin. Rayonlara əlavə GPON briqadaları göndərilsin.

Keyfiyyətli və dayanıqlı internet infrastrukturu üçün vaxtın uzadılması Azərbaycanın indiki inkişaf səviyyəsinə, qarşıya qoyulan vəzifələrə uyğun deyil”.


Xəbər 1253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +