İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


19.11.2021  11:25 

Səfir: ”Bu formatı yüksək qiymətləndiririk”





A+  A-

“Azərbaycan və Rusiya ekspertləri səviyyəsində əməkdaşlığın yeni formatı yaranır”.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclasda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Səfir qeyd edib ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclası olub, Rusiya Prezidenti Vladimir Putin iclasda çıxış edib: “Vladimir Putin çıxışında Rusiya sülhməramlılarının regionda sülhün təmin olunmasında xüsusi rolunu qeyd etdi, kommunikasiyaların açılmasının əhəmiyyətindən danışdı. Rusiya münaqişənin uzunmüddətli həllinin tərəfdardır. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılması təklifi ilə çıxış edib”.

Diplomat Azərbaycan və Türkiyənin regionda “3+3” formatının yaradılması barədə təklifini yüksək qiymətləndirdiklərini vurğulayıb: “Ona görə də bütün bu istiqamətlərdə ekspertlərin müzakirə aparması vacibdir. Bu gün bu istiqamətdə yeni yaradılan formatı da yüksək qiymətləndiririk”.

Xəbər 3655 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +