İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


01.09.2021  10:18 

“Mall” və restoranlara bir doza peyvənd olunanlar buraxılmayacaq! - Rəsmi





A+  A-

Xəbər verdiyimiz kimi, bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.
XəzərNews.az xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərinə yalnız COVID-19 pasportu olan halda buraxılacaq.

Lakin hələ də, hər iki doza peyvəndlənənlər, yoxsa bir doza vaksin olunanların qapalı məkanlara buraxılması mübahisə doğurur.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bununla əlaqədar DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. Şöbə rəisi bildirib ki, qeyd olunan xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər:

“İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər. Bununla bağlı ötən gün elektron hökumət portalının əməkdaşları da açıqlama veriblər. İşçi heyətin isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

Qeyd edək ki, ictimai nəqliyyat, tibb müəssisələri, gözəllik salonları, həmçinin iri ticarət mərkəzi olmayan kiçik mağazaların xidmətlərindən istifadə etmək üçün COVID-19 pasportu tələb olunmur.

Xəbər 2368 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +