İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


22.05.2021  14:27 

Rəsmi Bakıdan Ermənistan XİN-in iddialarına - Cavab





A+  A-

“Ermənistan XİN-ə xatırladırıq ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN nümayəndəsinin ölkəmizi sərhəd gərginliyində ittiham edən, Azərbaycanın guya beynəlxalq hüququ pozaraq, Qarabağ ərazisini işğal etdiyini iddia edən açıqlamasına cavabında deyilir.

Bildirilib ki, Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır:

“Lakin Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür.

Azərbaycanı guya ki, güc tətbiq edərək, əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.

Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq”.

Xəbər 2756 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +