İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


08.01.2020  12:43 

Azərbaycanda növbəti əfv OLACAQ





A+  A-

“Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Təbii ki, bu, cənab Prezidentin konstitusion hüququdur və hüquqdan nə zaman istifadə etməsini özü müəyyən edir”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü ötən illərin təcrübəsinə əsasən deyib ki, hər il Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanır:

“Ötən il də Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanmışdı. 431 nəfər cəzadan, o cümlədən 409 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdi. Ona görə də, bu ilin martında da ölkə rəhbərinin daha bir humanist addım atacağı istisna edilmir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Məsələləri Komissiyasının katibliyinə, Əfv məsələləri sektoruna, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin əfv sektoruna mütəmadi olaraq, məhkumların özləri, nümayəndələri, vəkilləri, QHT-lər, Milli Məclisin deputatları, Pentensiar Xidmətin strukturları tərəfindən əfv üçün müraciətlər daxil olmaqdadır:

“Həmin müraciətlər emal olunur, müvafiq rəylərin alınması prosesi gedir və hər bir məhkumun müraciətilə bağlı ətraflı arayışlar hazırlanır. Eyni zamanda, Komissiya üzvü olaraq, bizə daxil olan müraciətləri də katibliyə yönəldirik. Gələcəkdə komissiyanın sədrinə təqdim olunacaq. Daha sonra sədr tərəfindən bütövlükdə iclasların vaxtı təyin ediləcək”.

Xəbər 1392 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +