İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


08.01.2020  08:53 

Ukrayna təyyarəsi İranda qəzaya uğradı - 180 nəfər öldü + VİDEO





A+  A-

İranda Ukrayna Hava Yolları şirkətinə aid sərnişin təyyarəsi qəzaya uğrayıb.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından Kiyevə uçan "Boeing 737" tipli təyyarə qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən düşüb.

Təyyarədə olan 180 nəfərdən heç biri xilas ola bilməyib. Hadisə yerinə tədqiqat qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır.

Beynəlxalq Qırmızı Aypara təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib ki, qəzaya uğramış təyyarədə sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir: "Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur".

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.



Xəbər 3399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +