İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


07.01.2020  15:21 

Ayaz Abdullayevin deputatlığa namizədliyi qeydə alındı





A+  A-

95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Abdullayev qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, bitərəf olaraq deputatlığa namizədliyini irəli sürən A.Abdullayev nəzərdə tutulan 450 imza yerinə 500 imza toplayaraq Dairə Seçki Komissiyasına təqdim edib.
A.Abdullayev bildirib ki, hər bir vətəndaşla söhbət edib onların istək və təklifləri ilə maraqlanıb: “Tərtər şəhəri və ayrı-ayrı kəndlərin hər birində oldum, vətəndaşların problemləri ilə maraqlandım. Əslində çox çətin olsa da, düzgün qərar verdiyimi anladım. Hər evdə bir sevinc, bir qayğı, bir ümid gördüm. Tərtərə və tərtərlilərə sonsuz təşəkkür edirəm. Tərtərlilərin Prezident İlham Əliyevə hörməti, məhəbbəti və inamı sonsuzdur. Mənim də dövlətimizə, dövlətçiliyimizə, bayrağımıza və Ali Baş Komandanımıza xidmət etmək borcumudur”.
Qeyd edək ki, bu dairədən telejurnalist Sahib Alıyev də üçüncü dəfə seçkilərə qatılır. S.Alıyevin namizədliyi artıq DSK tərəfindən qeydə alınıb.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) həmin dairədən Əsədov Eldar Garay oğlunun namizədliyini irəli sürüb.
Müşahidələr göstərir ki, daha çox rəqabət Ayaz Abdullayevlə Sahib Alıyev arasında gedəcək. S.Alıyev hazırkı deputat, A.Abdullayev isə gənc və Tərətrin tanınmış ailələrindədir.



Xəbər 3776 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +