İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


15.03.2019  13:11 

Səhiyyə Nazirliyindən işdən çıxarılan 5 nəfərlə bağlı AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının ifa etdiyi mahnıya məzəli videoçarx hazırlayan Şəki Mərkəzi Xəstəxanasının 5 əməkdaşı işdən qovulub. İşdən çıxarılan tibb bacısı İlahə İsrafilova iddia edib ki, xəstəxananın baş həkimi Elçin Əmirov belə bir addım atdıqları üçün onları cəzalandıraraq məcburi ərizə yazdırıb.
XəzərNews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında bidirib ki, işdən çıxarılan şəxslərə ərizə məcburi şəkildə yazdırılıbsa, məhkəməyə müraciət edə bilərlər:

“Biz hüquqi dövlətdə yaşayırıq. Videoda qabaqda oxuyan xanım öz ərizəsi ilə işdən ayrılıb. Əgər hesab edirsə ki, o ərizəni ondan məcburi alıblar məhkəməyə getsin. Hər hansı bir müəssisənin işçisi ilə müdir arasındakı problem həmişə məhkəmədə həll olunub, televiziyada yox. Əgər məqsədi həqiqətən işə qayıtmaqdırsa, həmin xanım məhkəməyə müraciət etməlidir. Bildirməlidir ki, hüquqları tapdalanır. Məhkəmə qərarı ilə də işə bərpa olunmalıdır. Ancaq məşhurlaşmaq istəyirsə, videonu belə internetdə, televiziyada yaya bilər.

Bu məsələnin nazirliyə heç bir aidiyyatı yoxdur. Çünki Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi və 1400 işçisi var. O işçilərlə rəhbərin münasibətində münaqişə yaranırsa, problem hüquq müstəvisində həll olunmalıdır. Etik davranış normaları var. İşçi iş vaxtı elə edirsə, müəyyən tənbehlər nəzərdə tutulur”.

Məsələ ilə bağlı Şəki Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.

Qeyd edək ki, işdən çıxarılanların arasında 40 ildir sözügedən xəstəxanada işləyən tibb bacısı Mirvari Salmanova da var. Digərləri isə tibb bacısı İlahə İsrafilova, xadimələr Ruhəngiz Səmədova, Arzu Zaharova və adının çəkilməsini istəməyən bufetçidir.

VİDEO

Xəbər 5016 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +