İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


31.12.2017  10:06 

Gömrük Komitəsinin əməkdaşının 320 minlik cinayəti





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manatlıq qızıl və 190 min dollar pul aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı - Kamran Əhmədov, İlqar Əbilov, Elvin Yusubov və Rəşad Nəsibovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevim icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi yekunlaşıb, ardınca məhkəmə istintaqının tamamlandığı elan edilib. Proses yanvarın 11-də davam etdiriləcək. Növbəti iclasda təqsirləndirilən şəxslərə cəza istəniləcək.

Qeyd edək ki, bu şəxslərin saxlanılması üçün əməliyyat Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə aparılıb.

2017-ci il martın 8-də qabaqcadan əlbir olan bir qrup şəxs 190 000 ABŞ dolları məbləğində xarici valyuta və 132 min 207 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Xəbər 1705 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +