İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


11.09.2017  10:08 

ABŞ-ı hədəf alan 11 sentyabr terrorundan 16 il ötür





A+  A-

Bu gün ABŞ tarixinə faciə kimi həkk olunub.
XəzərNews.az-ın məlumatına görə, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları terror hücumları zamanı partladılmışdı. Bu gün həmin hadisələrin 16 ili tamam olur.
11 sentyabr hücumu Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından ibarət olub. Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. İnsanlar bu terrorun şokundan ayılmamış, 09:03 radələrində Cənub qülləsi bənzər hücuma məruz qalıb.
Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub.
Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Bu hadisələr nəticəsində 2976 dinc insan həlak olub. Eyni zamanda, 6 mindən çox insanın yaralanması ilə nəticələn hadisə ABŞ-ı çox sarsıtdı.

Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara start verilməsinə təkan verdi.

Xəbər 1074 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +