İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


03.04.2017  14:29 

At kəsib satanlar niyə həbs olunmur?





A+  A-

Azərbaycanda son günlər at və eşşək ətinin kəsilib istehlakçılara satılması məsələsi müzakirə olunmaqdadır.
Dövlət Baytarlıq Xidməti də bu istiqamətdə işlər aparır və ictimaiyyətə məlumat verir. Bəzən elə hallar olur ki, bir şəxs bir dəfədən çox bu işlə məşğul olduğu aşkarlanır.

Bəs maraqlıdır ki, həmin şəxslərə qarşı hansısa hüquqi məsuliyyət nəzərdə tutulubmu?

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” bununla bağlı Dövlət Baytarlıq Xidmətinin Mətbuat rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, xidmət tərəfindən bu kimi hallar ilk dəfə aşkarlandıqda həmin şəxs 200 manat cərimə olunur: “ Əgər ikinci dəfə baş verərsə, 300 manat cərimə müəyyən olunur. Bundan əlavə, məsələni hüquq- mühafizə orqanları tərəfindən də araşdırılır.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Qafqazinfo”ya bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçını aldatma faktı 40 manatadək olduqda, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir: “Bu fakt 100 manat olduqda isə cinayət məsuliyyəti yaradır. CM-nin müvafiq maddəsinə əsasən, insan ölümü ilə nəticələnən hadisə baş verərsə, 3 ildən 7 ilədək həbs gözlənilir”.

Xəbər 1698 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +