İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


14.02.2017  11:36 

"Dövlət qulluğuna qəbulu sadələşdirmək üçün işlər aparılacaq" - Məleykə Abbaszadə





A+  A-


Dövlət qulluğuna qəbul proseduru yenə də sadələşdirilməli, onun çevikliyi təmin olunmalıdır.

XəzərNews.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək: "Biz şəffaf seçim aparmaq üçün müvafiq hüquqi mühit yaratmışıq. Amma bu davam etməlidir".

DİM-in Direktorlar Şurasının sədri əlavə edib ki, əvvəlki illərdə insanlar iş tapmaq üçün yüksək məvacibi olan özəl sektorlara üz tuturdular, dövlət qulluğuna isə maraq göstərmirdilər. Amma son illərdə dövlət qulluğuna qəbul müsabiqəsinin şəffaf keçirilməsi, onun nüfuzunun artması dövlət qulluğuna qəbul üçün müraciət edənlərin sayının artmasına təsir göstərib.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı: "Lakin kadrlar həmin vakansiyaları tuta bilmirdilər. İnformasiya texnologiyaları üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular".

M.Abbaszadə deyib ki, sovet dövrünün təhsilinin məzmunu müasir tələblərə cavab vermirdi: “Ona görə əmək bazarına daxil olandan sonra gənclər müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmunun müasir standartlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi və standartalara uyğunluğu vacib məsələdir”.

O əlavə edib ki, əmək bazarında iş yeri axtaranlar üçün tələblər sürətlə dəyişir. Ona görə də gənc nəsil əmək bazarındakı tələbata hazır olmalıdır.

 



Xəbər 1301 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +