İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


02.03.2024  11:54 

Qaziyə xəsarət yetirən idmançıya hökm oxunub





A+  A-

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadəyə hökm oxunub.

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib. Baş verənlərlə bağlı məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildlrib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: "N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb".

R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.

Xəbər 898 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +