“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib


16.12.2021  14:10 

Qaz limiti niyə ilin ilk günü sıfırlanmır?





A+  A-

““Azəriqaz” İB qaz sayğaclarının sıfırlanmasının ilin sonunda aparılması üçün mexanizm fikirləşməlidir. Hər il “Azəriqaz” İB mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəricilərini növbəti ilin yanvar ayının 8- 15-dək götürür. Yəqin ki, proses bu il də təkrarlanacaq”.

Bu barədə sosial şəbəkələrdə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. O qeyd edib ki, bu halda götürülən rəqəmlər abonentin 2021-ci ilin dekabr ayının qaz sərfiyyatına daxil olunacaq:

“Bu da limiti keçən abonent üçün ikiqat məbləğ deməkdir. Bildiyiniz kimi, rayonlarda qaz sərfiyyatı daha çox olur, nəinki şəhər evlərində. Əksər abonentlər artıq noyabr ayında limiti keçir və qaz sərfiyyatı üçün ikiqat ödəniş edir”.

Problemlə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya bildirib ki, dekabrın 31-dən etibarən sözügedən sayğacların sıfırlanmasına başlanılır və proses ən qısa zamanda tamamlanacaq:

“Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. 200 nəfər əməkdaşla bu sayğacların oxunması mümkün deyil. Ona görə də dekabrın 31-dən etibarən abonentlər 077 3104104 votsap nömrəsinə sayğacın üz qabığının çəkib atsınlar. Bayram günləri də bizim əməkdaşlarımız iş başındadır və çalışacağıq ki, bu prosesi ən qısa zamanda tamamlayaq”.

Problemin birdəfəlik həllinə gəlincə isə, E. Vəliyev əlavə edib ki, işçi sayını artırmaqla bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Problemin tamamilə həll edilməsi üçün mexaniki sayğacların smart sayğaclarla əvəzlənməsinə başlanılıb. Abonentlər smart sayğaclara keçəndən sonra bu sahədə heç bir problem qalmayacaq. /“Qafqazinfo”

Xəbər 1553 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +