50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI


16.12.2021  10:56 

Əli İnsanovun fərqi və ölçülü açıqlaması nəyə hesablanıb?





A+  A-

Siyasət də şahmat kimidir – rəqibinin hər gedişinin nəyə hesablandığını öncədən çözməyi bacarmalı və zamanında əks tədbirlər almalısan. Bunu bacarmayanın uduzacağı elə ilk gedişlərdən bəllidir.

AXCP və Müsavat rəhbərliyindən fərqli olaraq, HƏP sədri, akademik Əli İnsanovun Prezident İlham Əliyevin Brüsseldə olduğu bir vaxtda Prezident Administrasiyasının dəvətini qəbul etməsi, Prezidentin müxalifətlə siyasi dialoq prosesini aparmağı həvalə etdiyi Ədalət Vəliyevlə görüşməsi və görüşdən çıxdıqdan sonra da olduqca ölçülü açıqlaması onu deməyə əsas verir ki, o, həm qurucularından biri olduğu hakimiyyətin mahiyyətinə çox yaxşı bələddir, həm də özü hansı addımı haçan atmağın gərəkliyini çox yaxşı bilən, şəraiti düzgün qiymətləndirən, hisslərinə yenilməyən səbrli və təmkinli adamdır.

Bəli, bir Lider üçün ən önəmli keyfiyyət məhz şəraiti və rəqibi düzgün qiymətləndirmək bacarığına sahib olması, ona uyğun da davranış seçməsidir.

Əli İnsanov indiki şəraitdə prezident İlham Əliyevlə təhdid və ultimatumla danışmağın kimsəyə fayda verməyəcəyini çox yaxşı anlayanlardandır.

Rəqibi və şəraiti düzgün qiymətləndirmədən ətrafını boşuna qurban vermək ağlına deyil, emosiyalarına – hikkə və kininə yenilən siyasətçinin işidir ki, burada da qələbə yox, ancaq və ancaq acı məğlubiyyət var.

Qurban getmək, itirmək riski yaranıbsa da, Lider çəkinmədən bu missiyanı öz üzərinə götürməlidir ki, həm qərarın məsuliyyətini özü daşısın, həm də tərəfdarlarının gözündə gerçəkdən də ölümə getməyə hazır lider olduğunu sübuta yetirərək, onların sonsuz inamını, tükənməz sevgisini qazansın...

Əli İnsanov 14 illik dustaq həyatında güclü xarakterə malik olduğunu həm hakimiyyətdəkilərə, həm də müxalifətdəkilərə göstərmişdi və bu xarakteriylə də öz keçmişini unutduraraq, cəmiyyətin müəyyən təbəqəsinin rəğbətini qazanmağı bacarmışdı.

Dünənki davranışıylasa o, qisas hissinə yenilmədiyini, tərəfdarlarını boşuna qırğına aparmaq istəyində olmadığını və rəqibiylə dialoqdan, üz-üzə oturub danışmaqdan qorxmadığını növbəti dəfə nümayiş etdirdi.

Elə bilirəm, onun bu addımı dialoq prosesinə, iqtidar-müxalifət münasibətlərindəki gərginliyin götürülməsinə yeni nəfəs verəcək və hər şeydən əvvəl, hakimiyyətlə dialoqa gedənləri “avtobus müxalifəti” adlandıraraq təhqir etdirənlərin özlərini siyasətlərini dəyişməyə vadar edəcək.

Elxan Şükürlü

Xəbər 1279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +