50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI


05.11.2021  21:11 

Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu





A+  A-

General-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

XezerNews.az xəbər verir ki, bu barədə müvafiq əmri Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabrda Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov da Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.



Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk günlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirib.

Xəbər 1420 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +