50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI


11.09.2018  12:37 

Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyirmiş





A+  A-

Əfsanəvi jurnalist Bob Vudvordun “Qorxu: Tramp Ağ Evdə” kitabında ABŞ prezidenti Donald Tramp haqda yeni təfərrüatlar üzə çıxıb.
XəzərNews.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, kitabda Pentaqon rəhbəri Ceyms Mettisin prezident Trampı NATO-nu saxlamağa çox çətinliklə inandırdığı yer alıb.

Mettis təyin olunmamışdan üç həftə əvvəl prezidentlə yemək zamanı onu NATO alyansını saxlamağa inandırmalı olub. Bilindiyi kimi ABŞ prezidenti alyansın böyük xərcini (70%) öz ölkəsinin çəkdiyi üçün dəfələrlə bu alyansdan çıxmaq istədiyinə işarə edib.

“Əgər NATO olmasaydı, belə bir şey fikirləşmək lazım olardı. Rusiya NATO-ya qarşı çıxsa müharibəni uda bilməyəcək” – kitabda Mettisin özünü bu cür ifadə etdiyi bildirilir.

“Yeməyin sonunda deyəsən Trampı inandırmaq mümkün oldu. - “Yaxşı öz NATO-nuzu ala bilərsiniz. Administrasiya alyansı dəstəkləyəcək amma siz (Mettis red.) kirayə pullarını yığmalı olacaqsınız” – Vudvord mənbəni göstərmədən Trampdan sitat gətirib.

Onun sözlərinə görə Pentaqon rəhbəri gülümsəyib və başı ilə razı olduğunu işarə edib.

Kitabdakı digər ifadələr də bu fikirləri təsdiq edir. Belə ki, bundan əvvəl kitabda Mettisin Trampın dünyanı 4-5 yaşındakı uşaq kimi qavradığı ifadəsi yer alıb.

Xatırladaq ki, Vudvordun “Qorxu: Tramp Ağ Evdə” kitabının bu gün işıq üzü görəcəyi gözlənilir.

Qeyd edək ki, Bob Vudvord ABŞ-da Uotorqeyt qalmaqalını araşdıran iki jurnalistdən biridir. Bu araşdırma vaxtında prezident Riçard Niksonun istefa verməsinə gətirib çıxarıb.

Xəbər 1349 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +