50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI


24.10.2017  13:21 

Azərbaycanda üzən məzənnə rejimi uzadılacaq





A+  A-

Azərbaycanda 2018-2021-ci illərdə pul siyasətinin prioritet istiqamətləri açıqlanıb.
XəzərNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Sənəddə vurğulanıb ki, qeyd edilən dövrdə makroiqtisadi koordinasiyanın gücləndirilməsi, inflyasiya hədəflərinə nail olunması sahəsində pul siyasəti və büdcə-vergi siyasəti arasında qarşılıqlı əlaqənin təmin edilməsinin ölkədə makroiqtisadi sabitliyin dayanıqlığı üçün vacib şərtlərdən biri olduğu nəzərə alınaraq, pul siyasətinin həyata keçirilməsi istiqamətində nəzərdə tutulan pul proqramının reallaşdırılması, habelə likvidliyin effektiv proqnozlaşdırılması istiqamətində aidiyyəti dövlət qurumları arasında koordinasiya, eləcə də iqtisadiyyatda gözləntilərin effektiv idarə olunmasının vacib elementi olaraq bu sahədə siyasətin aktiv kommunikasiyası və hesabatlılığın təkmilləşdirilməsi çərçivəsində müxtəlif hədəf qrupları ilə dialoqun gücləndirilməsi nəzərdə tutulub.

Bundan başqa, çevik məzənnə rejiminin iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunması, iqtisadiyyatın və tədiyə balansının tarazlaşdırılması üçün vacibliyi nəzərə alınaraq inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçidin ilkin şərti kimi üzən məzənnə rejiminin tətbiqinin davam etdirilməsi planlaşdırılır.

Bununla yanaşı, maliyyə bazarlarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasətinin operativ hədəfi kimi ilkin mərhələdə pul təklifi, sonrakı mərhələdə isə qısamüddətli faiz dərəcəsindən istifadə edilməsi, pul siyasətinin yeni əməliyyat lövbəri kimi qısamüddətli faiz dərəcəsindən istifadə olunması üzrə monetar islahatlar proqramının hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər 1216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +