50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI


17.10.2017  17:06 

“Nikoil Bank”ın eks-rəhbərinə cinayət işi açılıb





A+  A-

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoil” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Nikoil” İnvestisiya Kommersiya Bankı” ASC-nin bankın sabiq sədri Xamaza Vasiliy Viktoroviçə qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, bankın iddiası tam həcmdə təmin edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən cavabdeh V.V.Xamazanın hərəkətlərində Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcudluğu aşkara çıxarıldığından, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xüsusi qərardadla xəbər verilməsi qərara alınıb. Məhz Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə 28 sentyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Qedy edək ki, sabiq sədrin “Nikoil” İnvestisiya Kommersiya Bankı” ASC-yə nə qədər ziyan vurduğu açıqlanmayıb. Onun hazırda harada olduğu da məlum deyil.

Xatırladaq ki, V. Xamaza 2005-ci ildən 2017-ci il iyul ayınadək bankın İdarə Heyətinin sədri olub. Bu il onu sədr vəzifəsində Nikoloz Şurgaia əvəz edib.

Xəbər 1415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +