Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


13.07.2020  12:28 

Cinayət prosesi iştirakçıları videokonfransla prosedura qatıla biləcək





A+  A-

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanıb.
XəzərNews.az xəbər verir ki, qanunun məqsədi cinayət mühakimə icraatında müasir informasiya- kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsini, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin etməkdir.

Qanun bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə effektivliyin yüksəldilməsi, məhkəməyə müraciət etmək imkanlarının genişləndirməsi, habelə süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə hazırlanıb.

Qanunda nəzərdə tutulan yeniliklər aşağıdakılardır:

- cinayət mühakimə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydası müəyyən olunur;

- cinayət prosesi iştirakçılarının məhkəmə və istintaq orqanına gəlmədən videokonfrans əlaqə sistemindən istifadə etməklə prosesdə iştirakı prosedurları tənzimlənir;

- cinayət mühakimə icraatının məhkəmə protokollarında tam və hərtərəfli əks etdirilməsi məqsədilə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması tələbi əks etdirilir;

- iqtisadi sahədə olan cinayətlərə görə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cəzadan azad etmənin qaydası nəzərdə tutulur;

- məhkəmə icraatı uzadılmadan hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi imkanları genişləndirilir;

- kassasiya şikayəti (protesti) verilməsi müddətləri qısaldılır, habelə onların verilməsi və baxılması qaydası təkmilləşdirilir;

- xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın aparılması qaydası müəyyən edilir.

Qanun 2020-ci il iyulun 15-dən qüvvəyə minir.

Xəbər 1687 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +