İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


20.08.2020  12:49 

Daha bir nəfər Azərbaycana ekstradisiya edildi





A+  A-

Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən Qazaxıstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz və Qazaxıstan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə qarşılıqlı sorğular edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Əflatun Quliyevin təkrarən tamah niyyəti ilə tanışı Elnur Talıbov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək Afət Qasımovaya xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli talamasına, Emin Qaraşovun özgə əmlakını qəsdən məhv etməsinə və bununla da zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Qazaxıstan Baş Prokurorluğu ilə qarşılıqlı sorğuları təmin edilməklə Əflatun Quliyev Azərbaycana, Emin Qaraşov isə Qazaxıstana ölkəmizin Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ekstradisiya edilib.

Xəbər 1769 dəfə oxunub.



10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +