İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


08.01.2019  18:11 

Qripə görə Gürcüstana gedənlərin sayı azalıb?





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxma hallarının yayılması ilə əlaqədar Azərbaycandan həmin ölkəyə gedən sərnişinlərin sayının azalması barədə məlumatlara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, Azərbaycandan Gürcüstana gedən sərnişinlərin sayında bu ölkədə H1N1 virusunun yayılması səbəbindən azalma müşahidə olunmur:

"Sərhəd-keçid məntəqəsində ölkənin müvafiq qurumları tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri tərəfindən də müvafiq tədbirlər görülür. Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya-maarifləndirmə işi aparırlar. Eyni zamanda, hər reysqabağı vaqonlarda dezinfeksiya işləri həyata keçirilir".

H1N1 virusunun yayılması ilə əlaqədar, Gürcüstana getmək üçün bilet alan sərnişinlərin öz biletlərini geri qaytarması barədə yayılan məlumatlara gəldikdə, S.Qədirova belə bir fakt qeydə alınmadığını bildirib.

Xatırladaq ki, Azərbaycanla sərhəd ölkə olan Gürcüstanda H1N1 virusunun yayılması, bu virusa yoluxanlar arasında ölüm halları faktı qeydə alınıb.

Xəbər 1511 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +