İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


08.01.2019  12:49 

Azərbaycanda pensiyalar bu qədər ARTACAQ





A+  A-

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər.
XəzərNews.az xəbər verir ki, iqtisadçı- ekspert Qubad İbadoğlu bununla bağlı sosial şəbəkədə şərh yazıb.

Ekspert öncə yazıb ki, Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir:

“Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da pensiyalar ötən ilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni, səxavətli hakimiyyətimizin sosial qayğısı ilə pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik artım gözlənilir”.

Q.İbadoğlu həmçinin xatırladıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir:

“Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.

Xəbər 1112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +