İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


28.12.2017  17:25 

Polis övladını satışa çıxaran atanı axtarır - Cinayət işi açıldı





A+  A-

Bakıda elan saytlarında birində 40 günlük uşağın satışa çıxarılması hadisəsi ilə bağlı cinayət işi açılıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları bu gün səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.

Bugün müxtəlif imkanlı şəxslər, bir sıra dövlət qurumlarının əməkdaşları xeyriyyə məqsədi ilə həmin ailəni axtarsa da, onu tapmaq mümkün olmayıb. Orxan adlı şəxs istifadəsindəki telefon nömrələrini bağlayıb.

Qeyd edək ki, 40 günlük uşağın satışa çıxarılması barədə qarabazar.az saytında məlumat yerləşdirilib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm”.

O dünən körpəsini işsiz olması, ailəni dolandıra bilməməsi səbəbindən 10 min manata satmaq istədiyini, uyğun insanlar olarsa, daha ucuz qiymətə onu verə biləcəyini deyib.

Xəbər 1227 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +