İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


23.06.2017  11:59 

Jurnalistlər üçün üçüncü binanın təməli qazılır





A+  A-

Jurnalistlər üçün inşası nəzərdə tutulan üçüncü binanın təməli qazılmağa başlayıb.
XəzərNews.az qaziler.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün inşa edilmiş birinci bina sakini Rey Kərimoğlu deyib. Onun sözlərinə görə, konkret prezident sərəncamı olmasa da, üçüncü binanın da tikiləcəyi gözlənilirdi.

“Bir neçə gündür ki, jurnalistlər üçün inşa edilmiş ikinci binanın yanında qazıntı işlərinə başlanıb. Ərazidə bina tikintisi üçün işlərə hazırlıq gedir. Çox güman ki, ikinci binanın açılışından sonra üçüncü binanın təməl qoyması mərasimi olacaq. Qazma işini aparan inşaatçılar da bunu təsdiq etdilər. Hələ birinci binanın açılışında prezident demişdi ki, bu ərazi, ümumiyyətlə mədəniyyət şəhərciyi olacaq. Və jurnalistlər üçün üç bina tikiləcək.”

Xatırladaq ki, bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də bildirmişdi ki, mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən üçüncü bina da tikiləcək. Ehtimal olunur ki, ikinci bina təhvil verildiyi gün jurnalistlər üçün üçüncü binanın təməli qoyulacaq.

Xəbər 1081 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +