İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


22.06.2017  16:44 

Təhsil Nazirliyi məktəb tikdirib, fəhlələrin pulunu vermir - FAKT





A+  A-

Təhsil Nazirliyinin sifarişi ilə Ağdam rayonunun, Mirəşəlli kəndində 2 mərtəbəli, 800 kvadrat metr ölçüdə orta məktəb inşa olunub. Bu nəcib işin gerçəkləşdirilməsi "Bərpa” MMC tikinti şirkətinə tapşırılıb.
Məlumata görə, MMC-də çalışan fəhlələr onlara tapşırılan işi yerinə yetiriblər, lakin gördükləri işə görə əmək haqlarını ala bilmirlər. Buna görə də məktəb tikintisində işləyən fəhlələr təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.

Surəti redaksiyamıza ünvanlanan müraciətin müəllifi Sabirabad rayonun Qarağac kənd sakini Əsgər Nizami oğlu Əsgərzadə yazır ki, 4 nəfər kənd sakini ilə Ağdam rayonuna beton-bərkitmə işləri görmək üçün gediblər. 2 ay müddətə məktəbdə beton işi görüblər.

"Gördüyümüz işin pulunu hissə-hissə verirdilər. İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik. Mənim və Ramin Zakir oğlu Süleymanovun bu günə kimi 6 aydır, 1650 manat pulumuzu iş icraçıları vermirlər.

Nə qədər zəng vursaq da 6 aydır bu gün-sabah salıb, 5 günə pulunuzu poçtla göndərəcəyik deyərək bizi aldadırlar. Məktəb tikilib təhvil veriləndən sonra pulumuzu konkret verməyəcəklər. Ola bilər bizi aldadanlar həmin məbləği çox cüzi pul sayırlar.

Amma biz əli qabarlı işçilər üçün ilin-günün bu vaxtında 1650 manat çox böyük puldur. Ona görə də təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik 1650 manat zəhmət haqqımızın ödənilməsinə tapşırıq versin”.

(bakipost.az)

Xəbər 1275 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +