Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı


11.04.2025  20:34 

Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?





A+  A-

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “The Jerusalem Post”a açıqlamasında belə deyib: “Azərbaycan Türkiyəyə çox yaxındır və İsrailin dostudur. Biz sizin (Türkiyə və İsrailin) aranızda münasibətlərin müsbət inkişafını görmək istəyirik və bunu dəstəkləməyə hazırıq”.

Bildiyiniz kimi, Bakıda Türkiyə ilə İsrail arasında danışıqlar gedir. İsrail mənbələrinin açıqlamasına görə, danışıqlar “pozitiv atmosferdə” cərəyan edir.

Əminəm ki, Azərbaycan tərəflərin yenidən bir araya gəlməsi üçün mümkün olan hər bir şeyi edəcək. Çünki Azərbaycanın dövlət maraqları Türkiyə ilə İsrail arasında xoş münasibətlərin olmasını tələb edir. Çünki hər iki ölkə ilə münasibətlərimiz strateji xarakter daşıyır. Orası da var ki, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi heç bir ölkəyə sərf etmir. Zatən hər iki ölkə də bu həqiqəti açıq şəkildə dilə gətirir. Türkiyənin də, İsrailin də diqqət etməli olduğu daha önəmli beynəlxalq məsələlər var.

Qətərə bağlı və gizli məlumatlara girişi ilə seçilən “Middle East Eye” saytı yazır ki, baş nazir Benyamin Netanyahu İsrail rəsmilərinə “Türkiyə öz hərb maşınını orada yerləşdirməzdən əvvəl İsrailin T4 (T4 Tiyasda yerləşən keçmiş Suriya hərbi hava bazasıdır) bazasına zərbə endirmək üçün məhdud pəncərəsi” olduğunu dediyini iddia edən “iki qərb rəsmisinə” istinad edib. Baş nazir onu da vurğulayıb ki, türk qüvvələri Suriyadakı həmin hərbi bazaya yerləşdirildikdən sonra o baza əməliyyatlar üçün İsrailin hədəf siyahısından çıxarılacaq.

T4 bazasına Türkiyənin Rusiya istehsalı olan S-400 havadan müdafiə sistemi yerləşdirməsi də nəzərdə tutulub. Türkiyə həmin bazanı qırıcı, dron və raket hücumundan qorumaq üçün bir neçə qatlı müdafiə sistemi yaratmaq fikrindədir...

Qətərə məxsus sayt bildirir ki, İsrailin Türkiyə qüvvələrinin, xüsusən də hava hücumundan müdafiə sistemlərinin Suriyada yerləşdirilməsindən həm də ona görə narahatdır ki, İsrailin İrana zərbələr endirmək üçün əvvəllər istifadə etdiyi hava dəhlizi bağlana bilər. Bu isə gələcəkdə İsrailin İranın nüvə obyektlərinə havadan zərbə endirməsinə imkan verməyəcək.

Söhbət ondan gedir ki, əvvəllər İsrail İranı Suriyanın hava məkanından keçərək bombalayırdı. Suriyanın havadan müdafiə sistemi son dərəcə zəif olduğuna görə İsrail bu ölkənin hava məkanında istədiyini edirdi. Ancaq Türkiyənin havadan müdafiə sistemləri üst səviyyədə olduğuna görə İsrail qırıcı və doronların vura bilər. Bu isə İsrail üçün arzuolunan deyil. Ona görə də Türkiyə-İsrail danışıqlarında bu kimi məsələlər də müzakirə üçün masaya qoyulacaq.

Elbəyi Həsənli
Sürix



Xəbər 2080 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +