Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


26.09.2018  09:58 

Yaşlı qadınları aldadan şəxs tapıldı





A+  A-

Astara rayonunda vətəndaşları aldadaraq onların kartından pul çıxarıb özünə götürən şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Astara şəhər sakini C. Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın polisə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.

Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə “kartda pul yoxdur”- deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pulu çıxararaq mənimsəyib.

Hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Araşdırma zamanı İ.Hüseynov cari ilin avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1530 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +