Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


07.02.2025  17:55 

Oleq Bakinskinin vəsatəti təmin edilmədi - MƏHKƏMƏ





A+  A-

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda ittiham tərəfinin şahidləri dindirilib.

Məlumat üçün deyək ki, Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqdan əlavə xüsusilə külli miqdarda dələduzluqda ittiham edilir. Sonuncu əvvəllər Ukraynada müdafiə sənayesi nazirinin müavini işləyib. Təqsirləndirilən şəxslərin birgə ittihamı bir nəfəri silah qismində istifadə edilən əşya ilə döymələri ilə bağlıdır. Onlar isə özlərini təqsirli bilmirlər.

Əvvəlcə Oleq Bakinskinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: “Həbsindən əvvəl müvəkkilimin səhhətində problem var idi. İndi yenidən xəstəliyi baş qaldırıb. Bundan əlavə, şəxsin bəlli yaşayış yeri var, ittiham edildiyi maddə də xüsusilə ağır cinayət deyil. Bütün bu səbəblərdən vəsatət təmin edilməlidir”.

Oleq Bakinski özü də həbsdə saxlanılmasından narazılıq edib: “7 aydır Kürdəxanıda oturmuşam. Ortada ciddi bir məsələ də yoxdur. 25 yaşımda deyiləm ki, deyim bir az da qalım”.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin davamında prokuror təqsirləndirilən Kuçer Konstantin Antonoviçi sorğu-sual edib.

Təqsirləndirilən əvvəlcə dələduzluq epizodu ilə bağlı danışıb. Deyib ki, onun zərərçəkmiş şirkətlərlə mülki aviasiya avadanlıqlarının alqı-satqısı ilə bağlı müqaviləsi olub. Sonuncu müqaviləyə görə Ukrayna və digər ölkələrdən gələn avadanlıqlar Hindistana göndərilməli imiş. Bunun üçün də 4 milyon manata yaxın pul “Günay Bank”dakı hesablara köçürülüb. Həmib bank müflisləşdiyi üçün pullar batıb. Buna baxmayaraq, 2 milyon yarımlıq sifariş icra edilib.

Müttəhim xuliqanlıq epizodu ilə bağlı sualı cavablayarkən hadisə baş verən gün görüşü Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevin təşkil etdiyini deyib. Amma Musayev özü danışıqlarda iştirak etməyib, münaqişə də həmin görüşdə baş verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də həbsdə mühakimə edilirlər.

Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +