Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


04.02.2025  16:13 

92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən QAÇMIŞDI..





A+  A-

33 il əvvəl Bakıda mağazadan bir ədəd şalvar və bir dəst kostyum oğurlayıb ölkədən qaçan şəxsin cinayət işinə indi xitam verilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi vəziyyətin dəyişməsi ilə bağlı belə qərar çıxarıb.

Sözügedən oğurluq cinayəti 1992-ci ilin martında baş verib.

Təqsirləndirilən Samir Kərimov (şərti ad-soyadlı) indiki Azadlıq prospektində yerləşən “Saburovo” yaradıcılıq istehsalat birliyinin mağazasını yararaq 251 rubl 37 qəpiklik bir ədəd kişi şalvarı və dəyəri 175 rubl 56 qəpik olan bir dəst qadın kostyumunu oğurlayaraq, ticarət obyektinə ümumilikdə 426 rubl 93 qəpik məbləğində maddi ziyan vurub.

Həmin vaxt məhkəmə gedişində azadlıqda olan Samir ölkədən qaçmağı bacarıb. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.

20 il sonra Binəqədi Rayon Polis İdarəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya məktub göndərib ki, uzun müddətdir, icraatınızda olan iş üzrə təqsirləndirilən şəxsin Rusiyada olması müəyyən edilib. Amma müddət keçdiyi üçün axtarış qərarı ləğv edilib. Eyni RPİ-dən il yarım əvvəl məhkəməyə daxil olan məktubda da həmin şəxsin hələ də tutulmadığı bildirilib.

Ramella Allahverdiyeva təqaüdə çıxdığı üçün yekun iclası hakim Azad Məcidov keçirib.
İttihamdan görünür ki, cinayət nəticəsində dəymiş ziyanın məbləği 426 rubl 93 qəpik təşkil edir. Həmin məbləğ də indiki məzənnə ilə cəmi 42 manat edir.

Prokuror cinayətin üstündən 30 ildən çox vaxt keçdiyini, dəymiş ziyanın məbləğinin indiki pulla cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq ittihamdan bəraətverici əsasla imtina etdiyini bəyan edib.

Belə olan halda məhkəmə işi bitirib. Prokurorun ittihamdan imtina etməsi səbəbindən cinayət işinə xitam verilib. S.Kərimov barəsində 33 il əvvəl seçilmiş qiyabi həbs qərarı ləğv edilib.

Xəbər 1222 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +