Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


16.01.2025  15:53 

Yarım milyonluq malı oğurlandı - Bacısı oğlanları saxlanıldı





A+  A-

Bakıda tikinti avadanlıqları materiallarının satışını həyata keçirən "Brend Plas" Məhdud Məhsuliyyətli Cəmiyyətindən (MMC) külli miqdarda oğurluq edilib

Xəzərnews.az xəbər verir ki, aparılan araşdırma zamanı hadisənin "Brend Plas" MMC direktoru Müzəffər Cəfərovun bacısı oğlanları tərəfindən törədilməsi məlum olub.

Şirkətin əsas fəaliyyəti tikinti avadanlıqları materiallarının satışını həyata keçirmək olub. Sahibkar malları əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərdən, həmçinin Türkiyə və Gürcüstandakı şirkətlərdən alaraq, təsis etdiyi şirkətinə gətirməklə satışını həyata keçirib. "Azərbaycan Respublikası Dəmir Yolları" QSC vasitəsi ilə gətirilən yüklər şirkətin 400 kv.metr olan anbarına və yerdə qalan mallar isə aylıq 1008 manat ödəniş edilməklə QSC-nin anbarında saxlanılıb.

Sahibkar Müzəffər Cəfərov aylıq 700 manat maaş qarşılığında 2005-ci ildə İmişli şəhərində doğulmuş bacısı oğlu Rəvanı fəhlə kimi işə götürüb. Rəvan da dayısı ilə münasibətlərindən istifadə edərək "Azərbaycan Respublikası Dəmir Yolları"nda yerləşən anbardan oğurluq edib. Rəvan oğurluğu 1997-ci il təvəllüdlü İmişli rayon sakini, xalası oğlu (Müzəffər Cəfərovun digər bacısının oğlu-red.) Elsevər adlı şəxslə birlikdə törədib. Onlar QSC mühafizəçiləri Bəşir və Rəhman adlı şəxslərə darvazanı açdıraraq, oğurluq hadisəsini həyata keçiriblər.

Hadisədən xəbər tutan sahibkar şirkətdə 2020-2023-cü illəri əhatə edən təftiş yoxlaması aparıb. Nəticədə müəyyən edilib ki, həmin illər üzrə şirkətə məxsus 348.119 manat dəyərində mal çatışmır. Hadisəyə görə, Müzəffər Cəfərovun bacısı oğlanları həbs olunsa da, sahibkar məhkəmədə onlardan şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Rəvana 1 il 11 ay 26 gün, Elsəvərə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sahibkarın hər iki bacısı oğlu cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.

Xəbər 1499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +