Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


09.01.2025  14:36 

Baş Prokurorluqdan Cavid Qurbanovun axtarışda olan əmisi oğlu ilə bağlı AÇIQLAMA





A+  A-

Baş Prokurorluq vətəndaş Solmaz Zeynalovanın müraciəti ilə bağlı açıqlama yayıb

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev İlkin Əbülfəz oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin məsuliyyətdən kənarda qalması barədə məlumatlar yayılıb.

Bununla bağlı bildirilir ki, çoxsaylı şəxslərin müraciəti əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılmış, Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib və 27 may 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.

Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Əlavə olaraq qeyd edilir ki, Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılmış və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılmış, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilmişdir.

Habelə, İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, mediada yazılan məlumatlara görə, beynəlxalq axtarışa verilən Nahid Şəmşirov Cavid Qurbanovun əmisi oğludur.

Xəbər 1780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +