Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.11.2020  16:48 

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü





A+  A-

1 noyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə görüşü keçirilib.
XİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib.

Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.

***

Türkiyə XİN rəhbəri öz tvitter hesabında gröşdən foto paylaşaraq bu fikirləri qeyd edib:

“Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla çox faydalı bir görüş keçirdik. Azərbaycanlı qardaşlarımızla daim birlikdəyik, bərabərik, tək millətik!”



Xəbər 2165 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +